Neftin qiyməti kəskin şəkildə düşür

neftin-qiymeti-keskin-sekilde-dusur
Oxunma sayı: 4332


“Qafqazinfo” ntv.ru-ya istinadən xəbər verir ki, Brent markalı neftin qiyməti 3,16% düşüb. Belə ki, Brent-in bir barreli London birjasında 52,94 dollara satılıb. 

WTI markalı neftin aprel fyuçeri isə 2,43% düşüb. WTI-nin bir barreli 43,73 dollarda qərarlaşıb. 

Ekspertlər qiymətlərdə kəskin dəyişikliyin səbəblərindən biri kimi İrana qarşı iqtisadi sanksiyaların ləğv edilməsini göstərirlər. Bu sə “qara qızıl”ın ixrac edilməsini daha da artırıb.