Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Brent markalı neftin qiymətinin artmasının səbəbini şərh edib.
“Qafqazinfo” xəbər verir ki, İ.Şaban feysbukda qeyd edib ki, dünya birjalarına təsir edən amil yenə də Amerika faktorudur: “Dünən ABŞ Enerji Administrasiyası ölkənin həftəlik neft ehtiyatlarına dair ənənəvi hesabatını açıqladı. Analitiklərin proqnozları belə idi ki, ehtiyatlar 0,7 mln barrel azalacaq. Ancaq reallıqda bu göstərici 2.6 mln barrel oldu. Təbii ki, belə bir azalma tempi dünya birjalarına təsirsiz ötüşməyə bilməzdi.
Hazırda birjalar bunun şok effektini yaşayırlar, hesab edirəm ki, sabah qiymətlərdə korrektə (stabilləşmə) ola bilər və qiymətlər bir qədər enər. Əgər ki, İranla bağlı hansısa statistika və ya digər faktorlar bazara təsir etməsə...”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər