Neftin qiyməti qalxdı

neftin-qiymeti-qalxdi
Oxunma sayı: 3883

Londonun ICE birjasında Brent markalı neftin qiymətində artım müşahidə olunub.

“Qafqazinfo” “theice.com”a istinadən xəbər verir ki, Brent markalı neftin bir barreli üçün iyun fyuçerslərinin qiyməti 26,39 dollar səviyyəsində qərarlaşıb.

WTI markalı neftin bir barrelinin may müqaviləsinə əsasən qiyməti də artaraq 21,53 dollar təşkil edib.

Xatırladaq ki, 30 martda Brent markalı neftin bir barrelinin qiyməti 2008-ci ildən bəri ilk dəfə 23 dollardan aşağı düşüb. Həmçinin WTI markalı neftin dəyəri 20 dollardan aşağı düşərək 18 ilin rekord səviyyəsinə enmişdi.