Neftin qiymətində artım müşahidə edilir.
“Qafqazinfo” xəbər verir ki, hazırda dünya bazarlarında “Brent” markalı neftin bir barelinin qiyməti 40.63 dollar təşkil edir.
“WTI” markalı neftin qiymətində də bahalaşma qeydə alınıb. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 39.84 dollar müəyyən olunub.
Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti bahalaşaraq 42,63 dollar təşkil edib.
Anspress yazır ki, əlvan metalların qiymətində ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 38,95 dollar olub. Platinin 1 qramı 30,35 dollar, palladiumun 1 qramı isə 18,53 dollar olub. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0,48 dollar müəyyənləşib.
Son xəbərlər
Son Xəbərlər