Neftin qiyməti rekord səviyyəyə endi

neftin-qiymeti-rekord-seviyyeye-endi
Oxunma sayı: 5656

ABŞ istehsalı WTI markalı neftin bir barrelinin qiyməti 19,05% faiz uculaşaraq 14,79 dollar səviyyəsinə enib.

“Qafqazinfo” xəbər verir ki, bununla da ABŞ-ın WTI markalı neftinin qiymətində son 21 ilin ən aşağı göstəricisi qeydə alınıb. Sonuncu belə göstərici 1999-cu ildə WTI markalı neftin qiyməti 14,47 dollar səviyyəsində olarkən müşahidə olunub.

“Brent” markalı neftin bir barrelinin qiyməti isə 2,7 faiz ucuzlaşaraq 27,34 dollar səviyyəsində qərarlaşıb.