“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, ABŞ-ın Enerji Nazirliyi ölkədə neft ehtiyyatlarının azalması proqnozlarına baxmayaraq bu həcmin 2,6 milyon barrel artdığını bildirib. Analitiklər isə, “Brent” neftinin bir barrelinin qiymətinin 46,2 dollardan aşağı enəcəyi təqdirdə 45 dollar səviyyələrinin də gündəmə gələ biləcəyini deyiblər.
“Layt” markalı neftin bir barrelinin qiyməti isə dünən 40,81 dollar olub. “Layt” 2009-cu ilin martından bu vaxtadək ən aşağı səviyyəyə enməsinə baxmayaraq 41 dollar civarında alıcı tapır.
Son xəbərlər
Son Xəbərlər