Dünya birjalarında neft bahalaşmaqdadır.
“Qafqazinfo” xəbər verir ki, ICE London qitələrarası birjasında “Brent” markalı neftin bir barelinin dəyəri 1,4% artaraq 76,15 dollar olub.
Qeyd olunur ki, “Brent” markalı neftin bir barelinin qiyməti 2014-cü il noyabrın 27-dən etibarən ilk dəfə olaraq 76 dolları ötüb.
WTI markalı neftin bir bareli isə 1,12 faiz artaraq 70,5 dollardan təklif edilir.
Son xəbərlər
Son Xəbərlər