Neftin qiyməti yenə artır

neftin-qiymeti-yene-artir
Oxunma sayı: 4060

Dünya bazarında neftin qiyməti yenə artıb.

“Qafqazinfo” investing.com-a istinadən xəbər verir ki, Brent markalı neftin bir barrelinin qiymətində 5,33% bahalaşma qeydə alınıb. Hazırda bu markalı neft 34,77 dollardan təklif edilir.

WTI markalı neftin qiymətində də artım var. Belə ki, 5,86% bahalaşma ilə WTI-nin bir barrelinin qiyməti 33,61 dollarda qərarlaşıb.