Neftin qiyməti yenə düşdü -

neftin-qiymeti-yene-dusdu-
Oxunma sayı: 676


“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,78% ucuzlaşaraq 47,17 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 2,12% azalaraq 52,18 dollar olub.

Qeyd edilir ki, neftin qiymətinin kəskin düşməsi ABŞ-da mədən üçün qazma qurğularının sayının artmasıdır.

ABŞ-ın Baker Hughes şirkətinin məlumatına əsasən, bu qurğuların sayı 5 ədəd çoxalaraq 664-ə çatdırılıb.

“Qafqazinfo”