Neftin qiyməti yenə “oynayır”

neftin-qiymeti-yene-oynayir
Oxunma sayı: 3963

Dünya bazarında neftin qiyməti yenə dəyişir.

“Qafqazinfo” investing.com-a istinadən xəbər verir ki, Brent markalı neftin bir barrelinin qiymətində 1,71% ucuzlaşma qeydə alınıb. Hazırda bu markalı neft 33,91 dollardan təklif edilir.

WTI markalı neftin qiymətində də eniş var. Belə ki, 0,82% ucuzlaşma ilə WTI-nin bir barrelinin qiyməti 30,41 dollarda qərarlaşıb.

Qeyd edək ki, ötən gün Brent markalı neft 35,24 , WTI isə 31,48 dollardan satılırdı.