Neftin qiyməti yenidən oynadı

neftin-qiymeti-yeniden-oynadi
Oxunma sayı: 3720


“Qafqazinfo”nun delfi-yə istinadən məlumatına görə, London birjasında Brent markalı neft 60 dollardan da yuxarı satılıb. Qiymət 0,07% artaraq 60,30 dollarda qərarlaşıb. 

WTI markalı neftin qiyməti isə Nyu-York birjasında 3,17% bahalaşaraq 49,20 dollara çatıb. 

Qeyd edək ki, son bir neçə gündə neftin qiyməti 60 dollardan aşağı düşüb. Bu gün səhərə olan qiymət 59,64 dollar idi.