“Qafqazinfo” Rosbalt.ru-ya istinadən xəbər verir ki, bu, dolların qiymətinin avroya nisbətən zəifləməsi ilə əlaqələndirilir.
Hazırda Brent markalı neftin bir barrelinin qiyməti 2,24% enərək 54,61 dollarda qərarlaşıb.
WTI markalı neftin aprel fyuçersi isə 44,07 dollar təşkil edir. Bu, həmin markalı neftin qiymətində 2,32% ucuzlaşma deməkdir.
Mütəxəssislər neftin qiymətlərindəki bu kəskin dəyişikliyi neft ehtiyatlarının çoxalması ilə izah edirlər.
Qeyd edək ki, fevralın sonunda neftin qiyməti artmağa başlamışdı, ayın son günü qiymət hətta 63 dollara çatmışdı.
Son xəbərlər
Son Xəbərlər