“Qafqazinfo” RBK-ya istinadən xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti 9,68% artıb. Hazırda qiymət 47,31 dollarda qərarlaşıb.
WTI markalı neftin qiymətində də artım müşahidə olunur. Belə ki, bu markalı neftin bir barrelinin qiyməti 10,03% artaraq 42,47 dollar olub.
Xatırladaq ki, avqustun 26-ı dünya bazarında neftin qiyməti son 6 ilin minimumuna enmişdi.
Ucuzlaşmaya səbəb isə dünya bazarında neftin artması və neftə tələbatın azalmasıdır. İranın neft bazarına girməyi isə vəziyyəti daha da ağırlaşdırır.
Son xəbərlər
Son Xəbərlər