“Qafqazinfo”nun RBK-ya istinadən məlumatına görə, Brent markalı neftin London birjasındakı qiyməti 4,67% (və ya $2,44 ) enərək 49,77 dollarda qərarlaşıb.
WTI markalı neftin sentyabr ayının fyuçerləri isə 2,27% aşağı düşüb. Bu neftin bir barrelinin qiyməti hazırda 46,05 dolardır.
Qiymətin bu qədər aşağı düşməsinin əsas səbəbi kimi Çin iqtisadiyyatındakı ixtisarlar, Çin Xalq Respublikasındakı fond bazarlarının dəyərdən düşməyi göstərilir.
Qeyd edək ki, neftin bu gün səhərə olan dəyəri 51 dollar təşkil edirdi.
Son xəbərlər
Son Xəbərlər