“Neftqaztikinti”nin yeni binası- - Fotolar

neftqaztikintinin-yeni-binasi-
Oxunma sayı: 1953


“Qafqazinfo” şirkətin saytına istinadən məlumat verir ki, tədbir iştirakçılarını salamlayan SOCAR-ın prezidenti Rövnəq Abdullayev Novruz bayramı münasibətilə bütün neftçiləri, o cümlədən Trestin kollektivini təbrik edib. Rəmzi qırmızı lenti kəsən R.Abdullayev və onu müşaiyət edən şəxslər binaya baxış keçirib, yaradılmış şəraitlə tanış olublar. SOCAR prezidentinə məlumat verilib ki, Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirilmiş bina Bakının Xətai rayonu, Zığ yolu üzərində tikilib. Binanın inşasına ötən ilin yanvar ayından başlanılıb.

“Neftqaztikinti” Trestinin 5 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən inşa olunmuş yeni inzibati bina pilləvari olmaqla 3, 5 və 7 mərtəbədən ibarətdir. İnzibati binada hər cür avadanlıqlarla təchiz olunmuş 90 iş otağı, 240 nəfərlik böyük və 30 nəfərlik kiçik konfrans zalları, yeməkxana, eləcə də 100 avtomobillik yeraltı dayanacaq mövcuddur. Bundan başqa, binanın ərazisində 2 ədəd yeni 1000 kVt-luq yarımstansiya, qazanxana və hər biri 150 kubmetrlik 2 ədəd su çəni inşa edilib. Yeni inzibati bina avtomatik yanğınsöndürmə sistemi ilə də təchiz olunub. 8247 kvadratmetrə yaxın sahəsi olan inzibati binanın ətrafı abadlaşdırılıb, asfalt örtüyü salınıb, yaşıllıqlar salınıb.