İspaniyalı Alvaro Negredonun yeni klubunun adı bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, futbolçu Türkiyənin “Beşiktaş” klubuna keçir.
İstanbul nəhənginin rəsmi tvitter hesabında paylaşılan videoda Negredo “Beşiktaş”a gəlirəm”- deyə söyləyir.
Hücumçunun transferinin detalları barədə məlumat verilmir.
İspaniyalı oyunçu indiyə kimi “Real Madrid”, “Sevilya” və “Mançester Siti” kimi böyük klublarda çıxış edib.
Qeyd edək ki, Negredo ötən mövsüm İngiltərənin “Middlesbrough” klubunda çıxış edib. 31 yaşlı hücumçu 36 oyuna 9 qol vurub.
Son xəbərlər
Son Xəbərlər