"Qafqazinfo"nun xəbərinə görə, bu barədə AMEA-nın rəsmi saytı məlumat yayıb. Belə ki, AMEA Botanika İnstitutunun Herbari laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Pərvanə Qaraxani, doktorant Arzu Hüseynova və Bitki ehtiyatları şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Naibə Mehdiyeva Quba rayonunun Cek və Qaleyxudat kəndləri arasındakı subalp çəmənliklərindən toplanmış herbari materiallarının təyinatı zamanı fərqli növ aşkarlayıblar. Növün təyinatı üçün müasir metodlardan istifadə nəticəsində elm üçün Centauera cinsinə aid yeni növ müəyyən olunub. Bu növ "Centaurea emilae Hüseynova et Qaraxani" adı altında elmə daxil edilib.
Son xəbərlər
Son Xəbərlər