Nehrəmdə vurulan piyada 2 gün sonra öldü

nehremde-vurulan-piyada-2-gun-sonra-oldu
Oxunma sayı: 1291

Babək rayonunun Nehrəm kəndi ərazisində kənd sakini Cavid Qənbərov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi Həkimə İbrahimovanı vurub.

“Qafqazinfo” xəbər verir ki, qəza oktyabrın 13-də saat 17 radələrində qeydə alınıb. 

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada oktyabrın 15-də orada ölüb.

Babək RPŞ tərəfindən araşdırma aparılır.