Nehrəmli biznesinə koreyalıları da qatır

nehremli-biznesine-koreyalilari-da-qatir
Oxunma sayı: 2057


Bu fikirlər Koreya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Çoi Sukun “Avesta Concern”in həyata keçirdiyi “Khazar İslands” layihəsi ilə tanışlığı zamanı səsləndirilib.

“Qafqazinfo”nun məlumatına görə, “Avesta Concern”dən AzərTAc-a bildirilib ki, səfir Çoi Suku “Khazar İslands”da keçirdiyi görüşdə bir qrup koreyalı iş adamı müşayiət edib.

“Avesta”nın prezidenti Hacı İbrahim Nehrəmli koreyalı qonaqlara şirkət və onun həyata keçirdiyi “Khazar İslands” layihəsi haqqında ətraflı məlumat verib. 

Səfir Çoi Suk belə möhtəşəm layihəni həyata keçirdiyinə görə “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmlini cəsarətli iş adamı adlandırıb. Qonaq həmçinin “Khazar İslands” layihəsinə sərmayə qoyuluşu ilə yanaşı, bir çox sahələrdə koreyalı iş adamlarının cəlb edilməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.

“Khazar İslands” layihəsi çərçivəsində həyata keçirilən işlərlə yerində tanış olan koreyalı iş adamları da bu layihəyə qoşula biləcəklərini qeyd ediblər.