“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gümüşlük məhəlləsində yaşayan və Gümüşlükspor İdarə Heyətində iştirak edən sənətçi Bitez Ədliyyəsinə gələrək jandarmanı təhqir etdiyi iddiası ilə keçirilən məhkəmə prosesində ifadə verib.
Prokurorun təlimatı ilə məhkəməyə gələn İşlər ifadə verdikdən sonra ədliyyədən ayrılıb. Jurnalistlərin suallarını cavablandıran İşlərin vəkili bildirib ki, aktyor keçən il baş tutan futbol matçı ilə əlaqədar ifadə verib:
“Keçən il matç əsnasında bir hadisə yaşadıq, onunla əlaqədar məhkəməyə ifadə verdik”.
Qeyd edək ki, Milasda 2014-ci ildə Gümüşlükspor və Yeniköytermikspor arasında oynanan matçda jandarma ilə mübahisə edən Nejat İşlər oyunu yarımçıq tərk etmişdi. Matç sonrasında Milas jandarma qrupları İşlərdən şikayətçi olmuşdu.
Könül
Son xəbərlər
Son Xəbərlər