Nejat İşlər xəstəxanaya yerləşdirilib

nejat-isler-xestexanaya-yerlesdirilib
Oxunma sayı: 1629


"Qafqazinfo"nun Anspress.com-a istinadən verdiyi məlumata görə, uzun müddətdir ki, qara ciyər serrozundan əziyyət çəkən İşlərin müalicəsi hazırda xəstəxananın reanimasiya şöbəsində davam edir. Xəstənin vəziyyəti barədə mətbuata açıqlama verən həkimi Aydın Aksoy, aktyorda ağ ciyər infeksiyası və nəfəs çatışmazlığına bağlı olaraq septik şok əmələ gəldiyini bildirib. Septik şok vəziyyətinin ağ ciyər, qara ciyər, böyrəklər, ürək və qan hüceyrələrinə təsir ediyini deyən həkim bildirib ki, Nejat İşlərin həyatı üçün təhlükəli vəziyyət davam edir. Hazırda aktyorun reanimasiya şöbəsində nəfəs cihazına bağlı yaşadığını deyən Aksoy bildirib ki, xəstə qastroenteroloq, kardioloq və s. həkimlərin nəzarəti altındadır. 

Xatırladaq ki, bir çox film və serialda çəkilmiş aktyoru Azərbaycan tamaşaçısı əsasən “Aliyə” serialındakı həkim Deniz Erbil obrazı ilə tanıyıb.