“Nemtsova görə “Maqnitski siyahısı” genişləndirilə bilər...”

nemtsova-gore-maqnitski-siyahisi-genislendirile-biler
Oxunma sayı: 1001


“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, bu barədə danışan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoroya Nuland Vaşinqtonun Moskvadan təkcə Nemtsovun qatilini deyil, həm də qətlin sifarişçisini tapmağı gözlədiyini söyləyib. 

“Biz öz siyahımıza ilin sonunda baxacağıq və həmin məqam üçün qətllə bağlı vəziyyətə qiymət verəcəyik” – deyib Departament yetkilsi. Onun sözlərinə görə, Ağ Ev Moskvaya aydın şəkildə işarə edib ki, “beynəlxalq birlik ondan qatillə yanaşı, sifarişçini də üzə çıxaracaq təhqiqat gözləyir.

Bu gün Rusiya prezidenti Vladimir Putin DİN-dəki müşavirədə “Nemtsovun qətli kimi halları Rusiya üçün rüsvayçılıq və faciə” adlandırıb.