Nemtsovun ölümündən danışdı- - "10 dəqiqə sonra..."

nemtsovun-olumunden-danisdi-
Oxunma sayı: 5520


“Qafqazinfo” xəbər verir ki, model “Dojd” telekanalına açıqlamasında bildirib ki, arxasında olduğu üçün cinayətkarı görə bilməyib: “Mən bilmirəm o haradan çıxdı, arxamda idi”. Onun sözlərinə görə, arxaya çevriləndə açıq rəngli avtomobil görüb. Duritskaya qartəmizləyən maşının sürücüsünə yaxınlaşaraq ondan polisə zəng etməsini xahiş etdiyini deyib. Zəng etdikdən 10 dəqiqə sonra hadisə baş verən yerə polislər gəlib və onu bölməyə aparıblar:

“Mənə izah etmirlər ki, niyə görə indiyə qədər məni Rusiyada saxlayırlar. Mühafizəçilər məni Rusiyadan buraxmır. Heç yerə gedə bilmirəm, yəqin ki, dəfnə də gedə bilməyəcəm. Modelin sözlərinə görə, onun ölkəni tərk etmək və Kievə qayıtmaq haqqı olsa da aeroporta getmək icazəsi yoxdur. Mərhum siyasətçinin sevgilisi yorucu dindirilmələrdən şikayət edib: “Məni səhərə qədər sorğu-sual etdilər, bilmirəm harada. Protokol tərtib etdilər, bütün əşyalarımı yoxladılar, telefonumu axtardılar və oradan bütün informasiyaları götürdülər”.