Nemtsovun qalmaqallı hesabatı dərc olunacaq- - Apreldə

nemtsovun-qalmaqalli-hesabati-derc-olunacaq-
Oxunma sayı: 1047


“Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə rusiyalı müxalifətçi İlya Yaşin bildirib.      

Yaşinin sözlərinə görə, Nemtsovun hesabatını yekunlaşdırmaq məqsədi ilə ekspertlərdən ibarət komanda yaradılıb.   

İlya Yaşin qeyd edib ki, toplanmış materialların böyük hissəsi artıq ekspertlər tərəfindən işlənib. Yaşinin sözlərinə görə, onlar  Boris Nemtsovun qətlindən əvvəl apardığı araşdırmanı yaxın zamanda yekunlaşdırmaq niyyətindədirlər.  

Bundan əvvəl İlya Yaşin   Boris Nemtsovun qətlində “Ukrayna izi” olması versiyasını spekulyasiya adlandırıb.