Nemtsovun qətlində yeni təfərrüat -

nemtsovun-qetlinde-yeni-teferruat-
Oxunma sayı: 732


“Qafqazinfo”nun AzadlıqRadiosuna istinadən məlumatına görə, mərhumun bədənindəki yaraları araşdıran ekspertlər bu qənaətə gəliblər. Onların versiyasına görə, Nemtsova dəyən güllələrdən üçü səsboğucu tapançadan, qalanları isə adi silahdan açılıb.

Bundan başqa, qurbanın yaraları arasındakı fərqlər istifadə olunan patronların müxtəlif gücə malik olmasıyla da izah edilir.

“Kommersant”ın yazdığına görə, kompleks tibbi ekspertiza zamanı mütəxəssislər Nemtsovun aldığı yaralara görə qatilin haradan atəş açmasını da ayırd etməliydilər. Ancaq bu suala cavab verə bilməyiblər. Onların qənaətincə, siyasətçinin bədənindəki yaralarla paltosunda və sviterindəki güllə deşikləri uyğun gəlmir.

Boris Nemtsov fevralın 27-də Kremlin yaxınlığındakı körpü üzərində öldürülüb. Onun ölümünə görə beş nəfər həbs edilib. Qətli törətməkdə şübhəli bilinən iki nəfər isə axtarışdadır.

Boris Nemtsov indiki siyasi hakimiyyəti sərt tənqid edən siyasətçilərdən idi. O, Ukraynadakı münaqişədə Rusiya silahlı qüvvələrinin iştirakı haqda hesabat hazırlayırdı.

“Qafqazinfo”