Nemtsovun qətlindəki şübhəli şəxs haqda yeni- - Xəbər

nemtsovun-qetlindeki-subheli-sexs-haqda-yeni-
Oxunma sayı: 1834


Rusiyanın məcburi saxlanma məntəqələrində insan hüquqlarının vəziyyətini araşdıran İctimai Nəzarət Komissiyasının üzvləri “Lefortovo” istintaq təcridxanasında olublar. 

“Qafqazinfo”nun məlumatına görə, musavat.com “Moskovski komsomolets” qəzetinə istinadən xəbər verir ki, onlar Boris Nemtsovu qətlə yetirməkdə şübhəli bilinən Zaur Dadayevlə görüşüblər. Zaur Dadayev günahsız olduğunu bəyan edib: “Düşündüm ki, Moskvaya gətirəcəklər və məhkəmədə həqiqəti danışacağam. Deyəcəyəm ki, günahsızam. Amma hakim mənə söz vermədi”.

Qeyd edək ki, Moskvanın Basman məhkəməsi Zaur Dadayev barəsində həbs-qətimkan tədbiri seçib. Hakim bildirib ki, Zaur Dadayevin günahı özünün etiraf ifadəsi ilə təsdiqlənir.