Nənə nəvəsindən şikayət etdi - “Qızıllarımı oğurlayıb”

nene-nevesinden-sikayet-etdi
Oxunma sayı: 1832

Bakıda 64 yaşlı nənə 23 yaşlı nəvəsindən polisə şikayət edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Binəqədi rayonunda baş verib.

Rayonun S.S.Axundov küçəsində yaşayan 1952-ci il təvəllüdlü Alevtina Muravyanova polisə müraciət edərək oğurluq edilməsi barədə məlumat verib. O bildirib ki, nəvəsi 1993-cü il təvəllüdlü Ceyn Maksimovna Muravyanova ona məxsus qızıl-zinət əşyalarını evdən oğurlayıb.

Araşdırma aparılır.

Murad Əhməd