Nənə və nəvə dəm qazından boğulub öldü

nene-ve-neve-dem-qazindan-bogulub-oldu
Oxunma sayı: 8611

Gəncə sakinləri dəm qazından boğularaq ölüb.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə şəhərin Yeni Gəncə yaşayış masivində qeydə alınıb.

Orada yaşayan nənə və nəvənin dəm qazından boğularaq öldüyü bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ölənlərin kimliyi dəqiqləşdirilir.