Nənə və nəvə dəm qazından zəhərləndi

nene-ve-neve-dem-qazindan-zeherlendi
Oxunma sayı: 2801

Nənə və nəvə dəm qazından zəhərlənib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün Şəki rayonunun Oxud kəndində baş verib. Belə ki, həmin kəndin sakinləri 1955-ci il təvəllüdlü Məmmədova Validə Nəsif qızı və onun nəvəsi 2012-ci il təvəllüdlü Məmmədli Aydan Arif qızı yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənərək Şəki rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Hazırda nənə və nəvənin müalicəsi xəstəxanada davam etdirilir.

Mübariz Muradov