Bakıda nənəsini bıçaqlayaraq öldürüb sonra evlə birlikdə meyiti yandırmaqda təqsirləndirilən 25 yaşlı Eldar Əfəndiyevə hökm oxunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin hökmü ilə E.Əfəndiyev 19 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 2018-ci il noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş vermiş yanğın saat 09:30 radələrində söndürüldükdən sonra həmin evdə yaşamış, 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyiti aşkar edilib. Cinayətin T.Axundovanın nəvəsi, 1994-cü il təvəllüdlü Eldar Əfəndiyev tərəfindən tamah niyyəti ilə törədilməsinə şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər