Nənəsini öldürüb yandıran məhkəmə qarşısında

nenesini-oldurub-yandiran-mehkeme-qarsisinda
Oxunma sayı: 930

Bakıda dəhşətli cinayət törətməkdə ittiham olunan 25 yaşlı gəncin məhkəməsi başlayır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, nənəsini bıçaqlayaraq öldürüb sonra evlə birlikdə meyiti yandıran 1994-cü il təvəllüdlü Eldar Əfəndiyev barəsindəki istintaq yekunlaşıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Mirzə Xankişiyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 2018-ci il noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş vermiş yanğın saat 09:30 radələrində söndürüldükdən sonra həmin evdə yaşamış, 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyiti aşkar edilib. Cinayətin T.Axundovanın nəvəsi, 1994-cü il təvəllüdlü Eldar Əfəndiyev tərəfindən tamah niyyəti ilə törədilməsinə şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.