Nensi Hollouey vəfat etdi

nensi-hollouey-vefat-etdi
Oxunma sayı: 1520

Müğənni Nensi Hollouey vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, o, 87 yaşında Parisdə dünyasını dəyişib.

Qeyd edək ki, 1932-ci ildə Klivlenddə dünyaya göz açmış Nensi 1960-cı ildə Parisə köçdükdən sonra musiqi karyerasını qurub. O, “Mars” caz klubunda fəaliyyət göstərib. Müğənninin “T'en va pas comme a” mahnısı 1963-cü ildə ona şöhrət gətirib. Nensi Hollouey 1963-1982-ci illərdə 5 albom yazdırıb, habelə 9 filmdə çəkilib. Son qastrolları 2006-2007-ci illərdə olub.