Nepalda ölənlərin sayı 5000-i keçdi- - Fotolar

nepalda-olenlerin-sayi-5000-i-kecdi-
Oxunma sayı: 800


“Qafqazinfo” CİHAN-a istinadən xəbər verir ki, Nepal Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ölənlərin sayı 5 mini keçib. 7,9 bal gücündəki zəlzələnin yaratdığı fəsadlar bitmək bilmir. Minlərlə insan evsiz küçədə qalıb. Avropa və Asiya ölkələri hümanitar yardımlarını davam etdirir. Ölkə rəsmiləri açıqlamasında yaralıların 7100 nəfəri keçdiyini bildirib.

BMT isə zəlzələnin 8 milyon insanın həyatına təsir etdiyini, 1,4 milyon insanın isə qida yardımına ehtiyacı olduğunu açıqlayıb. 

Xatırladaq ki, Nepalda 7,9 bal gücündə yeraltı təkanlar geniş dağıntılar törədib. 

Zəlzələnin episentri paytaxt Katmandudan 77 kilometr aralıqda yerləşib. Bu gün isə Nepalda 6,7 bal gücündə daha bir zəlzələ olub.