Nepalda qəzaya uğrayan təyyarədə sağ qalanlar var

nepalda-qezaya-ugrayan-teyyarede-sag-qalanlar-var
Oxunma sayı: 4263

Nepalda qəzaya uğrayan təyyarədə iki yerli sakinin sağ qaldığı bildirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Nepal hava limanındakı mənbələr məlumat yayıblar.

Məlumatda həmin şəxslərin vəziyyətinin ağır olduğu və xəstəxanaya çatdırıldığı qeyd edilir.

Qeyd edək ki, yanvarın 15-də 68 sərnişin və 4 ekipaj üzvü olan Yeti Hava Yollarına məxsus təyyarə Nepalın Poxara Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında qəzaya uğrayıb.