Nepalda zəvvarları daşıyan avtobus aşdı - 13 ölü, 16 yaralı

nepalda-zevvarlari-dasiyan-avtobus-asdi
Oxunma sayı: 811

Nepalın Sindhupalçok rayonunda zəvvarları daşıyan avtobus 500 metr hündürlükdən dərəyə yuvarlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, avtobusdakı sərnişinlərdən 13 nəfər ölüb, 16 nəfər yaralanıb. Yol qəzası sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Hazırda xilasetmə işləri davam etdirilir.

Yaralılar xəstəxanalara yerləşdirilib.