“Nepartak” qasırğası Tokioya yaxınlaşır

nepartak-qasirgasi-tokioya-yaxinlasir
Oxunma sayı: 1352

“Nepartak” qasırğası Sakit okean istiqamətindən Yaponiyanın şimal-şərqinə doğru yaxınlaşır.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı “Kyodo” agentliyi yayıb. Proqnozlara əsasən, qasırğa çərşənbə axşamı Yaponiya sahillərinə çata və özü ilə birgə güclü yağışlar, külək gətirə bilər. Bununla yanaşı, dalğaların hündürlüyü də arta bilər.

Sinoptiklər təbii fəlakətin Olimpiya oyunlarının keçirildiyi Tokio şəhərinə də təsir edəcəyini istisna etmirlər.

Bununla yanaşı, Tokioda Olimpiya oyunlarının təşkilatçıları çərşənbə axşamı plana uyğun olaraq bütün yarışları keçirməyi planlaşdırır. Yalnızca avarçəkmə və oxatma ilə bağlı yarışlar digər vaxtlara keçirilib.

Həmçinin, ölkənin meteoroloji xidməti öz növbəsində gözlənilən güclü leysan yağışları səsəbindən torpaq sürüşməsi və daşqınların ola biləcəyi barədə xəbərdarlıq edib.

Hazırda isə “Nepartak” qasırğası Sakit okeanda təqribən 35km/saat sürətlə hərəkət edərək Yaponiyaya doğru yaxınlaşır.