19 ildir uğurla fəaliyyət göstərən "Neptun Supermarketlər Şəbəkəsi” bu dəfə daha fərqli, innovativ və fantastik kampaniya ilə fərqlənməyi bacarıb.
“Qafqazinfo” xəbər verir ki, “Neptun Supermarketlər Şəbəkəsi” sizə 2 dəqiqəlik pulsuz alış-veriş şansı qazandıracaq! Bəli, düz oxudunuz, kampaniyaya düşən hər kəs 2 dəqiqə ərzində marketdən nə mümkündürsə götürə biləcək.
Kampaniyanın şərtləri:
25 oktyabr-28 noyabr tarixlərində "Neptun bonus kart”la bir dəfəyə 50 AZN üzəri alış-veriş edin və kampaniyada iştirak hüququ qazanın. Daha çox alış-veriş sizə daha çox şans qazandıracaq.
Hər həftənin çərşənbə axşamı, həftə içində bir dəfəyə 50 AZN üzəri alış-veriş edən müştərilər siyahıya alınacaq və 10 şanslı qalib “Neptun Supermarket”in rəsmi “Instagram” hesabında canlı yayımda təsadüfi seçim yolu ilə təyin olunacaq.
Qalib olun, “Neptun Supermarket”dən cümə günü 2 dəqiqə ərzində tam pulsuz alış-veriş edin!
Məlumat üçün qeyd edək ki, qaliblər həftəlik seçiləcək.
Xüsusi qeyd: spirtli içkilər və tütün məhsulları bu kampaniyaya aid deyil. Hər məhsuldan bir ədəd və ya 1 kq götürülə bilər. Ən əsası, bu 2 dəqiqə ərzində sizə səbət (market arabası) verilməyəcək.
Bu fürsəti qaçırmayın.
Daha ətraflı məlumatı 162 qaynar xəttindən və ya neptun.az saytından əldə edə bilərsiniz.
Neptun Supermarket - 19 il sizinlə!