“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Bizim Yol”a “Klassik Aİ” MMC-nin icraçı direktoru Vidadi Babaşov bildirdi. Onun sözlərinə görə, 14 ildir kənd təsərrüfatı məhsullarının satışı ilə məşğuludurlar. Obyektləri də Bakı-Şamaxı yolunun kənarında yerləşir. “Yolun qazılması səbəbindən nəqliyyat vasitələrinin obyektlərə daxil ola bilmir və nəticədə ticarətlə məşğul ola bilmirik. Hazırda abadlaşdırılmış yol kənarından əsər-əlamət qalmayıb. MMC-nin əməkdaşları yolun kənarını və qapıların qarşısını qazıblar, komunnal xətləri qırıblar. Camaatın yolunu kəsiblər. Giriş-çıxışa mane olurlar.
“Yolların Mühafizəsi Xidməti”ndən bizə “Bakı-Şamaxı yoluna daxil olmaq istəyirsinizsə, “rüsum”u ödəyin ki, sizə “texniki baxış” verək və yolunuzu açaq” deyirlər”,- V.Babaşov bildirdi.
Sahibkarın sözlərinə görə, nəqliyyat yoluna giriş-çıxışın mümkün olmamasından əhali də əziyyət çəkir. Sahibkarlara isə hər gün külli miqdarda zərər dəyir.
Son xəbərlər
Son Xəbərlər