Nəqliyyat Nazirliyində müşavirə keçirildi

neqliyyat-nazirliyinde-musavire-kecirildi
Oxunma sayı: 868


“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Musa Pənahov I Avropa Oyunlarına hazırlıq dövründə nəqliyyat-yol kompleksi üzrə görülən işlər barədə məlumat verib. Müşavirədə, həmçinin, I Avropa Oyunları ərəfəsində digər müvafiq dövlət qurumlarının gördüyü işlərdən danışılıb. Həyata keçirilmiş konkret işlər barədə aidiyyəti üzrə hesabatlar dinlənilib. Eyni zamanda son hazırlıq işləri və oyunların keçiriləcəyi müddətdə nəqliyyatın işinin təşkili, daşımaların təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat əməliyyatlarının koordinasiyası və digər təşkilati məsələlər müzakirə edilib.