Nəqliyyat Nazirliyindən avtobus qəzası ilə bağlı - - Açıqlama +Fotolar

neqliyyat-nazirliyinden-avtobus-qezasi-ile-bagli-
Oxunma sayı: 2464


Qəza ilə bağlı “Qafqazinfo” ya açıqlama verən Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Namiq Həsənov bildirib ki, 188 saylı avtobusla “Shacman” markalı yük avtomobili toqquşub: “Toqquşma nəticəsində hər iki avtomobilin sürücüsü yüngül xəsarət alıb. Eyni zamanda 1 nəfər sərnişin də yüngül xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib”.

N. Həsənov bildirib ki, yolun sürüşkən vəziyyətdə olması qəzaya səbəb ola bilər: “Hər halda faktla bağlı araşdırma aparılır. Hadisənin təfərrüatları barədə ictimaiyyətə məlumat veriləcək”.

Günel Türksoy