“Nəqliyyat Nazirliyindən heç nə alınmır” – - Şərh

neqliyyat-nazirliyinden-hec-ne-alinmir-
Oxunma sayı: 2591


Bunu “Qafqazinfo”ya açıqlamasında hüquqşünas Ərşad Hüseynov Nazirlər Kabinetinin “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması ilə bağlı qərarını şərh edərkən deyib. Hüquqşünas deyir ki, qərara görə Nəqliyyat Nazirliyindən heç nə alınmır: “Söhbət dövlətimizin vəsaiti hesabına Bakı ŞİH-in tabeçiliyində olan iri kommersiya qurumunun yaradılmsından gedir. Dövlətə məxsus olacaq və tam təsərrüfat hesabı ilə işləyəcək bu müəssisə digər özəl şirkətlərlə yanaşı şəhərimizdə sərnişin daşıma ilə məşğul olacaq. Nəqliyyat Nazirliyi nəqliyyat məsələləri üzrə dövlət idarəçiliyini və bu sahəyə nəzarəti həyata keçirən qurumdur. BŞİH-nin hansısa avtobus müəssisəsinin yaradılması bu Nazirliyin hansısa səlahiyyətinin alınaraq həmin müəssisəyə verilməsi demək deyil. Nazirliik yenə də öz işi ilə məşğul olacaq, hətta yeni yaradılam müəssisəyə də lisenziyanı, marşrut xətlərini bu Nazirlik verəcək, digər şirkətlər kimi onun da avrobuslarının fəaliyyətinə bu Nazirlik nəzarət edəcək və s... 

Sadəcə olaraq maraqlı odur ki, bu yeni müəssisəyə hansı marşrutlar veriləcək, həmin marşrutların əvvəlki sahibləri necə olacaq? Bir sözlə, yeni yaradılan müəssisəyə Nazirlikdən heç nə verilməyəcək. Bu müəssisə indiki şirkətlərə ciddi rəqib olacaq. Bax bu rəqabətin də taleyini əslində NN həll edəcək, çünki yeni marşrutlar yaratmaq, əvvəlki marşrutları yenidən bölüşdürmək tam olaraq bu Nazirliyə aid səlahiyyətdir və həmin səlahiyyəti heç kim almayıb”.