Nəqliyyat tarifləri bahalaşıb

neqliyyat-tarifleri-bahalasib
Oxunma sayı: 2467


Rabitə tarifləri noyabr ayı ilə müqayisədə 6,5 faiz, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 1,4 faiz ucuzlaşıb.  

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin dekabr ayında dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 16,9 faiz bahalaşıb.   

Hava nəqliyyatında sərnişindaşıma tarifləri MDB ölkələri və digər xarici ölkələr üzrə müvafiq olaraq 3,5 və 8,9 faiz bahalaşmış, yükdaşıma tarifləri isə eyni səviyyədə qalıb.  

 Dekabr ayında dəniz nəqliyyatında sərnişindaşıma tarifləri 2,3 faiz bahalaşmış, yükdaşıma tarifləri dəyişməyib. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tariflərində dəyişiklik baş verməyib.