“Qafqazinfo” ANS PRESS-ə istinadən xəbər verir ki, işçilərin 51,9 faizi yerüstü və boru kəməri, 12,5 faizi su, 15,7 faizi hava nəqliyyatı, 19,9 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 3 faiz artaraq 539 manat olub. Bu göstərici hava nəqliyyatında 780 manat, dəniz nəqliyyatında 729,8 manat, avtomobil nəqliyyatında 462 manat, dəmir yolu nəqliyyatında isə 214,5 manat təşkil edib.
Əmək haqqı metro nəqliyyatında 12,8 faiz, avtomobil nəqliyyatında 10,3 faiz, dəniz nəqliyyatında 2,7 faiz, dəmir yolu nəqliyyatında isə 3,6 faiz artıb.
Son xəbərlər
Son Xəbərlər