Son günlər nəqliyyatın intellektual idarə etməsində yaranan problemlər bir qədər də artıb. Belə ki, müxtəlif ərazilərdə yolların təmir və ya başqa məqsədlərlə bağlanması sərnişin avtobuslarının gecikməsinə və mənzil başına çatmamasına gətirib çıxarıb. Yolların bağlanması ilə əlaqədar intervalı zamanında başa vura bilməyən avtobus sürücüləri tez-tez sərnişinləri mənzil başına çatdırmaqdan imtina edir. Yaranmış vəziyyət əhali arasında böyük narazılığa səbəb olub.
Məsələ ilə bağlı "Qafqazinfo"ya müraciət edən Biləcəri qəsəbəsinin yeni massivinin sakinləri bildiriblər ki, son zamanlar 202 saylı avtobusda bu kimi halların sayı artıb. Avtobus sürücüləri sərnişinləri sonuncu dayanacaqdan bir-iki dayanacaq əvvəl düşürür və özləri yenidən interval üzrə hərəkət etməyə başlayırlar. Bununla bağlı dəfələrlə aidiyyatlı qurumlara mürciət etsələr də, problem həll olunmayıb. Dünən də belə hadisə yenidən yaşanıb və ağır sonluqla nəticələnib. Belə ki, avtobusdan təkbaşına düşən azyaşlı uşaq valideynlərinə xəbər verə bilməyib və evə tək getməli olub. Yolda qarşısına it çıxan uşaq yıxılıb və müxtəlif bədən xəsarətləri alıb.
“Qafqazinfo”ya müraciət edən Biləcəri sakinləri avtobusların sonuncu dayanacağa kimi hərəkət etməməsi ilə bağlı Nəqliyyat Nazirliyinin heç bir tədbir görmədiyini, naziliyin “qaynar xətti”nə isə düşməyin mümkün olmadığını deyiblər.
Son xəbərlər
Son Xəbərlər