NEQSOL Holding Ukraynanın sement istehsalçısının paylarını almaq niyyətini şərh edib

NEQSOL Holding Ukraynanın sement istehsalçısının paylarını almaq niyyətini şərh edib
Oxunma sayı: 692

NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun prioritet fəaliyyət sahələrindən biri tikinti materialları sahəsidir. Holdinqin tərkibinə 2013-cü ildə fəaliyyətə başlamış və hazırda Cənubi Qafqazın ən böyük sement istehsalçısı olan Norm sement zavodu daxildir. Beynəlxalq səviyyəli, güclü idarəetmə komandasına malik olaraq, NEQSOL Holding Mərkəzi və Şərqi Avropada sement istehsalı səhəsində aparıcı oyunçu olmaq strategiyasını həyata keçirir.

Beynəlxalq strateji investor olaraq NEQSOL Holding, Ukraynada investisiya portfelinin genişlənməsində, xüsusən də  tikinti materialları bazarına daxil olmasında maraqlı olduğunu bildirib.

Şirkətlər qrupu bildirir ki, hazırda holdinq və Ukraynanın ən böyük sement istehsalçı olan İvano-Frankovsksement Özəl Səhmdar Cəmiyyətinin (ÖSC) səhmdarları danışıqların son mərhələsindədir. 18 oktyabr tarixində NEQSOL Holding ÖSC-nin səhm paketini almaq üçün Ukraynanın Antiinhisar Komitəsinə (AMKU) müraciət edib.

Ukraynada əqdin maliyyələşdirilməsi aparıcı beynəlxalq maliyyə institutları və bankları tərəfindən təmin olunması planlaşdırılır. Danışıqlar davam etdiyinə görə, əqdin kommersiya şərtləri açıqlanmır.

NEQSOL Holding yeni əqdin AMKU tərəfindən təsdiqlənməsinə ümid edir. Holdinq, Avropanın ən müasir yüksək texnoloji və iqtisadi cəhətdən səmərəli sement istehsalı müəssisələrindən birini yaratmış İvano-Frankovsksement şirkətinin rəhbərliyinin və işçilərinin nail olduqları uzunmüddətli üstün nəticələri yüksək qiymətləndirir.

2019-cu ildə NEQSOL Holding Ukraynanın ən böyük telekommunikasiya operatorlarından biri olan Vodafone Ukrayna şirkətini alıb. 2021-ci ilin əvvəlində NEQSOL Holding-in Kiyevdə regional ofisi açılmışdır.

NEQSOL Holding haqqında

NEQSOL Holding, Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, BƏƏ və digər ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrdə fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupudur. Holdinq, bir çoxu öz sahələrində iyirmi ildən çox təcrübəyə malik və bazar liderləri olan 30-dan çox törəmə şirkətlərini birləşdirir.

NEQSOL Holding-in tərkibində Nobel Oil Services, Nobel Upstream, Bakcell, Vodafone Ukraine və Cənubi Qafqazın ən böyük sement istehsalçısı olan Norm şirkətləri fəaliyyət göstərir. Holdinq, yeni coğrafi və biznes sahələrinə daxil olmaqla yanaşı biznes fəaliyyətini genişləndirmək üçün davamlı olaraq şirkətlər arasında böyüməni və sinerjini gücləndirməyi hədəfləyir. Bu, Avropanı Mərkəzi və Cənubi Asiyaya birləşdirən ən qısa müasir tranzit fiber-optik infrastruktur şəbəkəsini inkişaf etdirməyi hədəfləyən Rəqəmsal İpək Yolu kimi layihələr vasitəsilə əldə ediləcək.

Daha ətraflı məlumat: www.neqsolholding.com