"Qafqazinfo"ya daxil olan məlumata görə, gün ərzində Kür çayına standart normativ çəkisi 1-1.2 qram olan təxminən 2 aylıq 100 minə qədər nərə körpəsi buraxılıb. Mövsümi olaraq həyata keçirilən bu proses balıq körpələrinin normativ çəkiyə çatmasından asılı olaraq iyulun sonuna kimi 1-2 gündən bir davam edəcək.
Buraxılışı nəzərdə tutulan balıq körpələri Xəzər dənizindən tədarük edilmiş törədicilərlə yanaşı zavodda yaradılmış təmir törədici fondunun tərkibinə daxil edilən törədici balıqlardan alınıb. Ümumilikdə 2015-ci ilin yaz-yay balıqartırma mövsümü ərzində 5 milyon 200 minədək nərə körpəsinin Kür çayının mənsəbinə buraxılışı proqnozlaşdırılır.
Son xəbərlər
Son Xəbərlər