Nərgiz Yaqublunun yadigarı... - Fotolar

nergiz-yaqublunun-yadigari
Oxunma sayı: 9014

Bir neçə gün əvvəl Müsavat başqanının müavini Tofiq Yaqublunun mərhum qızı Nərgiz Yaqublunun oğlunun bir yaşı olub.

“Qafqazinfo” xəbər verir ki, Tofiq Yaqublu ilk nəvəsinin fotosunu sosial şəbəkədə paylaşıb: "Bu gecə bizə Rusiyadan çox önəmli qonaq gəldi. Nərgizimizin yadigarı Kənan..."

Xatırladaq ki, Yaqublular ailəsinin ikinci övladı, gənc fəal Nərgiz Yaqublu ötən il aprelin 23-ü Rusiyada vəfat edib.

Oğlu Kənan isə onun  ölümündən 1 həftə əvvəl-aprelin 15-də 7 aylıq doğulmuşdu.