“Nərgizin 40-ı çıxdı, məni yenidən baraka qaytardılar”

nergizin-40-i-cixdi-meni-yeniden-baraka-qaytardilar
Oxunma sayı: 2819


“Qafqazinfo” xəbər verir ki, bu barədə qızı Nigar Yaqublu sosial şəbəkədə məlumat paylaşıb. Qeyd edib ki, bu gün 13 saylı Cəzaçəkmə Müəssisəsində  cəza çəkən siyasi məhbuslar Əli İnsanov, Anar Məmmədli, İlkin Rüstəmzadə, Pərviz Həşimli, Əbdül Əbilov Nərgiz Yaqublunun xatirəsini anaraq ehsan süfrəsi açıblar. T.Yaqublu bildirib ki, həbsxana şəraitində ötən 40 günü çox çətinliklə yola verib: “Burada özünə qapanmaq, Nərgizi xatırlayaraq için-için ağlamaq üçün heç bir şərait yoxdur. Dar bir ərazidə sayı həddən artıq çox olan məhbusların paylaşdığı sakit güşənin olmadığı şəraitdə ağır dərdi yaşamaq çox çətindir. Məni yeddi günlüyə dəfn mərasiminə buraxdıqda rəsmilər bunu ölkənin birinci şəxsinin və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin böyük lütfkarlığı kimi təqdim etdilər. Dəfndən qayıdandan sonra həbsxana rəhbərliyindən xahiş etdim ki, heç olmasa gecələr yerimdə uzandığım zaman sakit bir  şəraitdə Nərgizi düşünmək, onun haqqında xəyallara dalmaq üçün daha az məhbusun yaşadığı, nisbətən kiçik otaqlardan birinə məni keçirsinlər. Çünki 120 nəfərin yaşadığı dar barakda siqarət çəkənlərin, bütün gecə laqqırtı vuranların, söyüş söyənlərin əlindən hətta yuxuya getməyin özü belə əzablı işdir. Üstəlik də, astma xəstəliyim belə şəraitdə tez-tez fəallaşır. Həbsxana rəhbərliyi mənə dedi ki, istisna olaraq ancaq Nərgizin 40 gününədək balaca, nisbətən səliqəli və siqarət çəkilməyən otağa köçürə bilərik. Nərgizin 40-ı çıxdı və məni yenidən köhnə baraka qaytardılar”.