Nərgizin Rusiyaya girişi 50 il müddətinə qadağan edildi

nergizin-rusiyaya-girisi-50-il-muddetine-qadagan-edildi
Oxunma sayı: 7374

Özbək müğənni Nərgiz Zakirovanın Rusiyaya girişi 50 il müddətinə qadağan edilib.

“Qafqazinfo” “Starhit”ə istinadən xəbər verir ki, buna ifaçının Rusiya-Ukrayna müharibəsində tutduğu mövqe səbəb olub.  Sənətçi 2072-ci ilə qədər Rusiyaya gedə bilməyəcək.

"Məndə Nərgizin 50 il Rusiyaya girişinin qadağan edildiyi qərar var. Bu, xüsusi əməliyyatı pisləyən ictimai xadimlərin aldığı standart qadağadır. Nərgiz buna hazır idi. O, belə tədbirlərin görüləcəyini güman edirdi", - deyə müğənninin vəkili Bəhram İsmayılov bildirib.

O, eyni zamanda müvəkkilinə qarşı cinayət işi açılmadığını da izah edib.

Bundan əvvəl mətbuatda Zakirovanın Daşkənddən gəldikdən sonra Moskvanın Domodedovo hava limanında saxlanması ilə bağlı məlumatlar yayılıb. Vesti.uz müğənninin Rusiyaya buraxılmadığını və Özbəkistana deportasiya oluna biləcəyini yazıb.