Nərimanov İcra Hakimiyyətindən ağacların kəsilməsinə - Reaksiya

nerimanov-icra-hakimiyyetinden-agaclarin-kesilmesine-
Oxunma sayı: 2245

Nərimanov rayon İcra Hakimiyyətindən Fətəli xan Xoyski 138-140 ünvanında ağacların kəsilməsi ilə bağlı yaranmış problemə münasibət bildirib.

İcra başçısının birinci müavini Şahmar İbadov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, vətəndaş bütün sənədləri tam qaydasında olan özünəməxsus ərazidə tikinti işi aparmaq istəyib. Ancaq qonşular narazı olduğu üçün İcra bu işə razılıq verməyib. Daha sonra sahibkar yerli, Apelyasiya və Ali Məhkəməyə İcra Hakimiyyətindən şikayət verib və qalib gəlib. Ali məhkəmənin icraçıları ilə birlikdə özünəməxsus olan ərazidə qazıntı işləri aparmaq istəyib. Lakin yenə bina sakinləri buna qarşı çıxıb. Aksiya keçirərək küçəni bağlayıb. İcra nümayəndələrinin və polis əməkdaşlarının müdaxiləsi ilə küçədə hərəkət bərpa edilib və aksiya iştirakçılarının tələbi ilə tikinti işləri dayandırılıb.

Hazırda ərazidən çıxarılmış ağaclar yenidən yerinə əkilib.